RU

Azərbaycan Rusiyaya tərəvəz tədarükü üzrə lider mövqeyini qoruyub saxlayır

Moskva, 18 may, AZƏRTAC

Ötən il Azərbaycan Rusiya bazarına ən böyük tərəvəz tədarükçüsü olub və bu ölkənin ümumi tərəvəz idxalının 34 faizini təmin edib.

AZƏRTAC RF Kənd Təsərrüfatı İnformasiya Agentliyi - ROSNG-yə istinadla xəbər verir ki, Rusiya ötən il 1,187 milyard dollar dəyərində təxminən 480 min ton tərəvəz idxal edib. Bu idxalın ən böyük payı Azərbaycana məxsusdur. Türkmənistan 19 faiz ilə ikinci, Türkiyə və Çin isə hər biri 12 faiz olmaqla üçüncü yeri bölüşüb.

2024-cü ildə Rusiya 469 min ton tərəvəz idxal edib. Azərbaycan, həmçinin təchizatçılar arasında liderliyini qoruyub saxlayaraq Rusiya idxalının 30 faizini təmin edib. Türkmənistan 18 faiz, Türkiyə və Çin isə hər biri 11faiz paya malikdir.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Избранный
25
3
azertag.az

4Источники