«Neftçi»nin qapıçılar üzrə məşqçisi Fuad Əsədov AFFA-dan gələn təklifi qəbul edib.
O, bundan sonra iki yerdə çalışacaq.
Yuri Vernidubun cari ilin əvvəlində öz korpusuna götürdüyü gənc mütəxəssis palalel olaraq U-19 yığmasında da tər axıdacaq.
Federasiya onunla 2 aylıq müqavilə bağlayıb. Əsədov burada Aqil Nəbiyevlə çiyin-çiyinə işləyəcək.
Onadək həmin işi Elşən Poladov görüb. Milli Qazaxıstan turnirindən qayıdandan sonra Nəbiyev Poladovun xidmətindən imtina eləyib.
Fuad Əsədov ölkənin əsas yığmasının sabiq baş məşqçisi Arif Əsədovun oğludur. Vaxtilə bir çox yerdə əmək sərf etmiş F.Əsədov savadlı və çalışqan mütəxəssis kimi xarakterizə olunur.
SPORTİNFO.AZ