RU

Mirziyoyev: Özbəkistan Qarabağda quruculuq işlərinə töhfə verməyə hazırdır

"Azərbaycanın Qarabağda apardığı genişmiqyaslı quruculuq işlərinə töhfə verməyə hazırıq".

Turkustan.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışında bildirib.

Özbəkistan lideri Xəzərin incisi adlandırdığı Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkilinə və göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadə edib.

Şavkat Mirziyoyev İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli və genişmiqyaslı inkişaf yolu keçdiyini, xüsusilə Qarabağ torpaqlarında böyük uğurlara imza atıldığını vurğulayıb:

“İşğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində bütöv şəhərlər yenidən bərpa olunub, müasir infrastruktur obyektləri və yeni yaşayış kompleksləri inşa edilib”.

Fürsətdən istifadə edən Özbəkistan Prezidenti ölkəsinin bu nəcib və mühüm quruculuq işlərinə hər zaman layiqli töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

Избранный
15
turkustan.az

1Источники