RU

Keniya nümayəndəsi: WUF13 də şəhərsalma sahəsində qlobal təcrübələr paylaşılacaq

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 18 may, AZƏRTAC

Dünya ölkələrinin üzləşdiyi qlobal mənzil böhranı və şəhərsalma kim çağırışlar fonunda “ağıllı şəhər” konsepsiyanın tətbiq olunması vacibdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Keniyanın Dövlət Mənzil və Şəhərsalma Departamentinin nümayəndəsi Robert Sangori deyib.

O, Azərbaycanın ev sahibliyi etdiyi WUF13 tədbirində iştirakdan məmnunluğunu qeyd edib. “Dayanıqlı və əlçatan mənzil problemini həll etmək üçün infrastruktur, məhəllələrin abadlaşdırılması məsələlərini diqqət mərkəzində saxlamaq lazımdır. İnanırıq ki, bu sessiya zamanı biz dayanıqlı şəhər inkişafı sahəsində dünyanın müxtəlif ölkələrinin ən yaxşı təcrübələri barədə məlumatlar əldə edəcəyik”,- deyə Robert Sangori əlavə edib.

Müxbir - Fidan Əlizadə

Videoopertor - İlham Nadirov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
2
azertag.az

3Источники