RU

Ermənistanda Karapetyanın yeddi tərəfdarı həbs edildi


Ermənistan İstintaq Komitəsi (İK) rusiyalı iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” blokunun yeddi tərəfdarına qarşı Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasının seçki kampaniyasını pozmağa cəhd etdiklərinə görə məhkəməyəqədər həbs qətimkan tədbirinin tətbiq olunduğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İstintaq Komitəsinin xüsusi nümayəndəsi Kima Avdalyan bildirib.
Altı nəfər həbsdə saxlanılıb, bir nəfər ev dustaqlığına buraxılıb. Daha üç nəfərin məhkəmə iclasları hələ baş tutmayıb.
Qeyd edək ki, mayın 17-də Ermənistanın İstintaq Komitəsi Noraşen və Metsavan kəndlərində “Vətəndaş Müqaviləsi” partiyasının seçki kampaniyasını pozmaq cəhdi ilə bağlı “Güclü Ermənistan” blokunun 10 tərəfdarının həbs olunduğunu bildirib.
Избранный
22
1
yeniavaz.com

3Источники