RU

Canlı yayımda SKANDAL: Həyat yoldaşını vəhşicəsinə döydü - ANBAAN VİDEO

Türkiyənin Dənizli şəhərində TikTok platformasında yayımlanan canlı yayım zamanı baş verən hadisə sosial mediada böyük etirazlara səbəb olub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bir kişi canlı yayım zamanı həyat yoldaşına fiziki təcavüz edib. Kameralar qarşısında baş verən mübahisənin qısa müddətdə şiddətləndiyi bildirilib.

Hadisəni izləyən istifadəçilər sosial şəbəkələrdə qadınlara qarşı zorakılığı pisləyən çoxsaylı şərhlər yazaraq hüquqi tədbir görülməsini tələb ediblər.

Sosial mediada sürətlə yayılan görüntülər geniş rezonans doğurub. İstifadəçilərin diqqətini çəkən məqamlardan biri isə kişinin hadisədən sonra yayımı davam etdirməsi və sakit davranması olub.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Musavat.com

Избранный
9
musavat.com

1Источники