
ABŞ Silahlı Qüvvələrinin bölmələri Nigeriya rəhbərliyi ilə koordinasiyalı şəkildə mayın 17-də "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinə havadan zərbələr endirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının yaydığı rəsmi bəyanatda bildirilir.
Komandanlığın bəyanatında vurğulanır:
"Bu terrorçuların zərərsizləşdirilməsi qruplaşmanın həm ABŞ-ın, həm də tərəfdaşlarımızın təhlükəsizliyinə təhdid törədən hücumları planlaşdırmaq imkanlarını zəiflədəcək".
Hərbi hava əməliyyatının Nigeriyanın şimal-şərqində həyata keçirildiyi qeyd olunur. ABŞ terror qruplaşmasının döyüş potensialını tamamilə məhv etmək məqsədilə bu cür zərbələrin endirilməsini davam etdirmək niyyətindədir.