RU

Quterreş: "Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq"

"Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) salamlarımı çatdırıram. Siz qlobal böhranlar, münaqişələr, artan enerji xərcləri və bahalaşan ərzaq qiymətləri dövründə görüşürsünüz".
 
Moderator.az xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Bakıda keçirilən WUF13-ün açılış mərasimi zamanı tədbir iştirakçılarına videomüraciətində deyib.
 
O, bugünkü gündəliyin daha az danışılan qlobal mənzil böhranına yönəldiyini vurğulayaraq əlavə edib: "Mənzil təminatı bir insan hüququdur və insan ləyaqəti üçün fundamental əhəmiyyət daşıyır. Ümumdünya Şəhərsalma Forumu həmin məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq".
 
Избранный
5
9
moderator.az

10Источники