RU

Fələstinli nazir: “Yasamalda yaşamışam”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Mən Bakıda təhsil almışam və 1987-ci ildə Sənaye və Mülki Tikinti fakültəsini bitirmişəm. İlk dəfə Bakıya 1977-ci ildə gəlmişəm”.

"Cebheinfo.az" xəbər verir ki, bunu “Globalinfo”ya müsahibəsində WUF 13-də iştirak etmək üçün Azərbaycana gələn fələstinli nazir Sami Həccaavi bildirib.

Nazir qeyd edib ki, vaxtilə Yasamalda yaşayıb.

“Biz Musabəyov küçəsində yerləşən tələbə yataqxanasında yaşayırdıq. Mən orada tələbə kimi tək qalırdım, amma dünyanın bir çox ölkəsindən olan tələbələrlə birlikdə yaşayırdıq. Ayın 19-da universiteti ziyarət edəcəyəm. İndi həmin universitet Memarlıq və İnşaat Universiteti adlanır.

Yasamaldakı yataqxananı da ziyarət edəcəyəm. Universitet Şərifzadə küçəsində yerləşirdi. Mən həmçinin vağzalın yaxınlığında yerləşən Azərbycan Neft və Kimya İnstitutunda rus dili də öyrənmişəm”,- nazir əlavə edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
7
cebheinfo.az

8Источники