RU

Stenli Tuççidən ETİRAF: "Dolce & Gabbana"nın real insanlar olduqlarını bilməmişəm

Stenli Tuççi "The Devil Wears Prada 2" ("Şeytan Prada geyinir 2") filmi üzərindəki işindən danışarkən maraqlı bir etirafı ilə auditoriyanı təəccübləndirib. Aktyor uzun müddət məşhur moda evinin təsisçiləri "Dolce & Gabbana"nın real insanlar olduğunu anlamadığını bildirib.

Bizim.Media xəbər verir ki, Naycel Kiplinq rolunun ifaçısı olan 65 yaşlı aktyor bu barədə Nyu-Yorkda keçirilən "92NY" tədbirindəki çıxışı zamanı məlumat verib.

Tuççinin sözlərinə görə, o, çəkilişlərdən brend nümayəndələri tərəfindən ona hədiyyə edilən bəzi dizayner geyimlərini saxlayıb:

"Mən onları saxlamışam, oğurlamamışam. Bunları mənə həqiqətən “Dolce & Gabbana” hədiyyə edib. Mən onların hər ikisi — Domeniko Dolçe və Stefano Qabbana ilə görüşdüm. Onlar real insanlardır. Mən sadəcə onların həqiqi olduğunu bilmirdim", — deyə aktyor zarafatla qeyd edib. O, dizaynerlərlə şəxsən tanış olduğunu və hər ikisinin çox xoş insanlar təsirini bağışladığını əlavə edib.

Aktyor həmçinin bildirib ki, Naycel rolu onun karyerasında ən sevimli və rahat obrazlardan biri olaraq qalır.

Filmin birinci hissəsinin çəkilişlərini xatırlayan Tuççi qeyd edib ki, o zaman heç kim layihənin bu qədər böyük uğur qazanacağını gözləmirdi:
 

"Yaxşı bir film çəkdiyimizi anlayırdıq, lakin onun Hollivud klassikasına çevriləcəyini təsəvvür belə etmirdik. Çəkilişlərin sonuncu günü hətta getmək istəmirdim — orada çox əyləncəli idi".


Bundan əlavə, Stenli Tuççi filmin çəkilişləri sayəsində tanış olduğu gələcək həyat yoldaşı Felisiti Blant ilə bağlı şəxsi hekayəsini də bölüşüb. O etiraf edib ki, tanışlıq zamanı qadına öz filmlərindən birindəki personajı təqlid edərək səsli mesaj göndərib və məhz bu başlanğıc sonradan onların evliliyinə yol açıb.

Bizim.Media

Избранный
22
1
bizim.media

2Источники