RU

Minlərlə hərbçi və qırıcı təyyarələr Səudiyyə Ərəbistanına göndərildi - Reuters

Pakistan müdafiə əməkdaşlığı müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanına qırıcı təyyarə eskadrilyası, 8000 əsgər və hava hücumundan müdafiə sistemi göndərib.

Ucnoqta.az xəbər verir ki, Reuters bu barədə mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, İslamabad krallığa Çin və Pakistanın birgə istehsal etdiyi təxminən 16 2JF-17 Thunder" qırıcı təyyarəsi, iki pilotsuz təyyarə eskadrilyası və Çinin "HQ-9" hava hücumundan müdafiə sistemi göndərib.

Reuters mənbələri iddia edir ki, bütün avadanlıqlar Pakistan ordusu tərəfindən saxlanılır və əməliyyat Ər-Riyad tərəfindən maliyyələşdirilir.

Agentlik qeyd edir ki, qüvvələrin yerləşdirilməsi İranla bağlı münaqişə fonunda baş verir və Pakistan eyni zamanda Tehran və Vaşinqton arasında danışıqlarda əsas vasitəçi kimi çıxış edir.

Избранный
12
ucnoqta.az

1Источники