RU

Pezeşkian ABŞ ilə danışıqlara qarşı şüarları tənqid etdi

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara qarşı çıxan insanların şüarlarını tənqid edib.

Missiya.Az xəbər verir ki, Pezeşkian həmçinin ölkəsinin ləyaqətlə dialoq aparmalı olduğunu bildirib.

“Danışmaq istəmirsinizsə, sona qədər döyüşmək istəyirsiniz? Layəqatlə danışıqlar aparacaq və geri çəkilməyəcəyik”, - deyə siyasətçi vurğulayıb.

O, İranın enerji böhranına diqqət çəkərək əlavə edib ki, ölkənin yüksək enerji istehlakı həm yayda, həm də qışda ciddi problemlər yarada bilər.

Pezeşkianın sözlərinə görə, İran gündə təxminən 100 milyon litr benzin istehsal edir, halbuki real ehtiyac 150 milyon litrdir.

İran Prezidenti inflyasiyanın səbəbləri barədə danışaraq qeyd edib ki, iqtisadi problemlərin kökü məhz bu cür sistemli çatışmazlıqlardan başlayır.

Daşqın HəsənovMissiya.Az

Избранный
44
2
missiya.az

3Источники