RU

Prospektdə zolaqları kəsə kəsə hərəkət edən sürücü axına mane oldu VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Tbilisi prospektində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 16-da saat 17:20 radələrində qeydə alınıb. Belə ki, 68-CB-137 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü manevr qaydalarını kobud şəkildə pozub.

Kadrlardan görünür ki, sürücü geriyə dönmə istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin yerləşdiyi zolaqda düzgün mövqe tutmayıb. Bu səbəbdən həmin istiqamətdə hərəkət edən avtomobillərin hərəkəti ləngiyib. Daha sonra o, qəfil şəkildə ən sağ zolağa keçərək sağa dönmə manevri edib. Nəticədə sürücü digər nəqliyyat vasitələrinin hərəkət trayektoriyasına müdaxilə etməklə yolda qəza şəraiti formalaşdırıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücü manevrə başlamazdan əvvəl əvvəlcədən düzgün hərəkət zolağını tutmalı, istiqaməti qəfil dəyişməklə digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır. Xüsusilə intensiv nəqliyyat axını olan prospekt və küçələrdə zolaqlar arasında son anda edilən manevrlər zəncirvari qəzalar üçün ciddi risk hesab olunur.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
avtosfer.az

1Источники