RU

Özbəkistan Prezidenti UN-Habitat-ın "Yaşıl şəhər" beynəlxalq mükafatını təsis etməyi təklif edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev UN-Habitat-ın "Yaşıl şəhər" Beynəlxalq Mükafatının təsis edilməsini təklif edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, o, bu barədə Bakıda WUF13 çərçivəsində liderlərin bəyanatı zamanı etdiyi çıxışda danışıb.

"Qlobal iqlim dəyişikliyi şəraitində "yaşıl" şəhərlərin yaradılması üçün ümumi prinsiplərin və standartların qəbul edilməsi getdikcə daha aktualllaşır. Təbiətlə harmoniya şəraitində inkişaf edən şəhərlərin təşviqi məqsədilə mən UN-Habitat-ın "Yaşıl şəhər" Beynəlxalq Mükafatının təsis edilməsini təklif edirəm", - deyə Şavkat Mirziyoyev bildirib.

O, həmçinin qeyd edib ki, urbanizasiya səviyyəsinin artması şəhərlərdə ənənəvi yerli özünüidarəetmə strukturlarının rolunu daha da artırır.

"Bu baxımdan mən 2030-cu ildə Ümumdünya Şəhərsalma Forumunun 15-ci sessiyasının Yeni Daşkənddə keçirilməsini təklif edirəm. Forumun əsas mövzusu yerli icmaların şəhərlərin dayanıqlı inkişafındakı rolu olacaq", - deyə Prezident bildirib.

Избранный
4
day.az

1Источники