RU

47 000 manat dəyərində qılınc və xəncərlər gömrükdə MÜSADİRƏ EDİLDİ – FOTOLAR

Gürcüstandan Rusiyaya 2 milyon rubl (təxminən 47 000 manat) dəyərində antik silah kolleksiyası keçirməyə cəhd edən şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Rusiya vətəndaşı Gürcüstandan avtomobili ilə Rusiyaya keçərkən gömrükçülər tərəfindən saxlanılıb. Onun idarə etdiyi yolsuzluq avtomobilinin salonunda aparılan yoxlama zamanı XIX–XX əsrlərə aid xeyli sayda soyuq silah aşkar edilib.

Kolleksiyaya süngülər, xəncərlər, qılınclar, qılınc-şpaqalar, rapira, bıçaqlar və digər kəsici alətlər daxil olub.

Keçirilən ekspertiza nəticəsində aşkar olunan əşyaların mədəni dəyərlərə aid olduğu təsdiqlənib.

Saxlanılan şəxs antikvar əşyaları şəxsi kolleksiyası üçün apardığını iddia etsə də, onun bu malları sərhəddən keçirmək üçün heç bir icazə sənədi olmayıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb. Qanunsuz yolla mədəni sərvətləri ölkəyə keçirməyə cəhd edən şəxsi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Müsadirə olunan tarixi silahlar ekspertiza rəyindən sonra müvafiq dövlət fondlarına təhvil veriləcək.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
4
interpress.az

1Источники