RU

İki asteroid Yerə yaxınlaşır

Diametri təxminən 20 metr olan, ölçülərinə görə məşhur Çelyabinsk meteoritini xatırladan iki asteroid mayın 18-i və 19-da Yerə rekord dərəcədə yaxın məsafədən keçəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Söhbət 2026 KB və 2026 JH2 adlı asteroidlərdən gedir. Bildirilir ki, hər iki səma cismi Yer üçün təhlükə yaratmır. Maraqlıdır ki, asteroidlər cəmi bir neçə gün əvvəl aşkarlanıb. 2026 JH2 mayın 10-da, 2026 KB isə mayın 13-də qeydə alınıb.

Alimlərin sözlərinə görə, bu cür gec aşkarlanma kosmosda iri obyektlərin Yerə yaxın ərazidə qəfil meydana çıxa bilməsini bir daha göstərir.

2026 KB asteroidi bu gün - mayın 18-də Bakı vaxtı ilə saat 19:15-də Yerə ən yaxın nöqtədən keçəcək. Onun planetimizə məsafəsi təxminən 230 min kilometr olacaq.

Избранный
37
publika.az

1Источники