RU

Sadır Japarov dağlıq bölgələr üçün "ağıllı" texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb

Qırğızıstan dağlıq bölgələrin xüsusiyyətlərinə uyğunlaşdırılmış "ağıllı" texnologiyaların inkişafının tərəfdarıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda WUF13 çərçivəsində keçirilən liderlər sammitində deyib.

"Söhbət dağlıq bölgələrin spesifikasına uyğunlaşdırılmış smart texnologiyaların inkişafından, o cümlədən bələdiyyə xidmətlərinin, nəqliyyatın və enerji təchizatı sistemlərinin rəqəmsallaşdırılmasından gedir", - deyə dövlət başçısı bildirib.

Sadır Japarov qeyd edib ki, Qırğızıstan enerji müstəqilliyini təmin etmək və emissiyaları azaltmaq məqsədilə dağlıq ərazilərdə su və günəş enerjisinin potensialından maksimum istifadə etməyi zəruri hesab edir.

Избранный
1
day.az

1Источники