RU

WUF13 çərçivəsində Liderlər Sammitinə ev sahibliyi etmək Bakı üçün böyük şərəfdir - Anar Quliyev

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində tarixi Liderlər Sammitinə ev sahibliyi etmək Bakı üçün böyük şərəfdir.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF tarixində ilk dəfə keçirilən sammitdə bildirib.

Onun sözlərinə görə, bugünkü tədbir qlobal gündəlikdə şəhərlərin və şəhərsalma layihələrinin getdikcə artan əhəmiyyətini, eləcə də ən yüksək siyasi səviyyədə aparılan dialoqun dəyərini nümayiş etdirir: "Bu gün paylaşılan perspektivlər və öhdəliklər beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, həmçinin daha dayanıqlı, çevik və inklüziv şəhər gələcəyinə doğru birgə səylərin irəlilədilməsinə töhfə verəcək. Bu mühüm müzakirədə iştirakına və verdiyi töhfələrə görə bütün dövlət və hökumət başçılarına, ümumilikdə bütün iştirakçılara dərindən təşəkkürümü bildirirəm".

Избранный
14
ikisahil.az

1Источники