RU

Belarus mütəxəssisləri Ağdamda aqroşəhərcik inşa edir...

Axar.az saytına istinadən ain.az xəbər verir.

Belarus mütəxəssisləri Ağdam rayonunun Xan Qarvənd kəndində müasir aqroşəhərciyin layihələndirilməsi və inşası işlərində yaxından iştirak edirlər.

Axar.az xəbər verir ki, bu barədə Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) rəsmi açılış mərasimində bildirib.

İ.Sergeyenko sülh şəraiti olmadan dayanıqlı inkişafın qeyri-mümkün olduğunu vurğulayaraq, Belarus və Azərbaycan arasındakı infrastruktur tərəfdaşlığını buna regional nümunə kimi göstərib:

“İki ölkə rəhbərinin təşəbbüsü ilə Belarus mütəxəssisləri Ağdam rayonunun Xan Qarvənd kəndində müasir aqroşəhərciyin layihələndirilməsi və inşası işlərində yaxından iştirak edirlər”.

Belarus rəsmisi qeyd edib ki, bu birgə layihə bölgəyə qayıdan çoxsaylı azərbaycanlının həyat şəraitinin yaxşılaşmasına birbaşa töhfə verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
axar.az

2Источники