RU

Bu, sərnişinlərin şəhərin mərkəzinə daxil olmadan müxtəlif istiqamətlərdə hərəkət etməsinə imkan verə bilər

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Hazırda Bakının nüvə hissəsində - yəni ən sıx məskunlaşmış ərazilərdə -metro xətləri tam ayrılmadığı üçün sərnişin axınları bir-birinə qarışır və sistem yüklənir. Əvvəlcə şəhərin daxilində daha sıx və keçid imkanları olan metro şəbəkəsi qurulmalı, yalnız bundan sonra kənar istiqamətlərə genişlənmə düşünülməlidir”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bunu 525.az-a söyləyib.

Onun sözlərinə görə, gələcəkdə əsas layihələrdən biri uzunluğu 40 kilometrdən artıq olacaq dairəvi “yaşıl xətt”in yaradılmasıdır. Layihəyə əsasən xətt Həzi Aslanov, Zığ, Yeni Günəşli, Qaraçuxur, Bakıxanov, Koroğlu və Dərnəgül istiqamətlərini birləşdirəcək. Bu isə sərnişinlərin şəhərin mərkəzinə daxil olmadan müxtəlif istiqamətlərdə hərəkət etməsinə imkan verə bilər.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
525.az

1Источники