RU

8 yaşlı azərbaycanlı qız Ryazana PUA hücumu zamanı həlak olub - FOTO

Rusiyanın Ryazan şəhərinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 8 yaşlı azərbaycanlı Sevinc Quliyeva həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Mayın 15-nə keçən gecə Ryazan şəhəri PUA-ların kütləvi hücumuna məruz qalıb. Dronlardan biri çoxmərtəbəli yaşayış binasına çırpılıb və nəticədə binada güclü yanğın baş verib.

"Ürək ağrısı ilə bildiririk ki, həlak olanlar arasında gənc soydaşımız, səkkiz yaşlı Sevinc Quliyeva da var. Qızcığaz bir andaca onun həyatına son qoyan dəhşətli faciənin episentrində qalıb", — deyə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin nümayəndəsi Samir Qarayev bildirib.

Həlak olan qızın atası yaşadığı ağır acını bu sözlərlə bölüşüb:

"Gecə partlayışın baş verdiyi həmin yerdə mən uzanmalı idim. Evə həmişəkindən bir az gec gəldim, heç bir bədbəxtlikdən xəbər verən əlamət yox idi. Evdəkiləri oyatmamaq üçün gec qayıdanda bəzən qonaq otağında yatıram. Bu gecə də evə bir az gec gəlib zalda sevgili qızım Sevincin divanda yatdığını gördüm.

Onu həmişə yatdığı öz çarpayısına aparmaq istədim. Sevinc yuxulu gözlərlə mənə baxıb astaca dedi:

“Ata, mən burda yatım, sən isə xahiş edirəm ananın yanına get”. Gecə isə mən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə onu beton dağıntılarının altından artıq cansız halda çıxardım. Bu, sözlə təsvir edilə bilməyəcək dəhşətli bir mənzərə idi".

Qeyd edək ki, xəbərin ilkin mənbəyi "Oblastnaya ryazanskaya qazeta" nəşridir.


Bizim.Media

Избранный
5
bizim.media

1Источники