RU

SON DƏQİQƏ: Bakı İrəvana xəbərdarlıq etməlidir “Əgər Paşinyan seçilərsə… “ KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri regionun gələcək siyasi mənzərəsi baxımından diqqətlə izlənilir. Xüsusilə də Baş nazir Nikol Paşinyanın yenidən hakimiyyətdə qalacağı təqdirdə, Azərbaycanın təhlükəsizlik gündəliyində hansı dəyişikliklərin baş verə biləcəyi maraq doğurur.

Bəs Paşinyanın qələbəsi Ermənistanın Azərbaycana qarşı yeni hərbi qarşıdurmaya başlaması riskini artırır, yoxsa azaldır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Nikol Paşinyanın seçkilərdə qalib gəlmək ehtimalı yüksəkdir və onun siyasi xətti daha çox sülh gündəliyinə əsaslanır:

“Paşinyan seçki kampaniyasında əsasən sülh mesajları verir. Revanşist qüvvələr isə daha çox müharibə tezisləri üzərində dayanırlar. Müxalifət hakimiyyətə gəlsə, Azərbaycanla imzalanmış sülh paraflanmasına yenidən baxa bilərlər. Onlar bunu dəfələrlə bəyan ediblər. Hətta Qarabağa ermənilərin qayıdışı məsələsini yenidən gündəmə gətirmək niyyətində olduqlarını bildirirlər”.

Politoloqun sözlərinə görə, Paşinyan isə tam əks mövqe nümayiş etdirir:

“O deyir ki, Qarabağ heç vaxt ermənilərə aid olmayıb, Azərbaycanın ərazisidir. Düşünürəm ki, Paşinyan hakimiyyətdə qalarsa, Ermənistan Azərbaycanla müharibəyə getməyəcək”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, buna baxmayaraq, Ermənistanın son dövrlərdə sürətli silahlanması diqqətdən kənarda qalmamalıdır:

“Ermənistanın silahlandırılması istiqamətində siyasət həyata keçirilir. Təbii ki, Azərbaycan buna seyrçi qala bilməz. Rəsmi Bakı Ermənistana xəbərdarlıqlarını etməlidir. Amma Paşinyan yenidən qələbə qazanarsa, onun Azərbaycanla hərbi qarşıdurmaya getməsi real görünmür”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
2
konkret.az

3Источники