RU

Sərgən Yalçın “Beşiktaş”ı tərk etdi – Rəsmi – ARENA.AZ

Futbol üzrə Türkiyə Super Liqasında uğursuz mövsümü geridə qoymuş “Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın İstanbul təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Bu gün klubun bazasında İstanbul təmsilçisinin rəhbərliyi ilə baş məşqçi arasında görüş olub. Toplantıda tərəflər yollarını ayırmaqla bağlı razılığa gəliblər.

Xatırladaq ki, Sərgən Yalçın 2025-ci ilin yayından “Beşiktaş”a rəhbərlik edirdi. İstanbul təmsilçisi geridə qalmış mövsümdə onun rəhbərliyi altında keçirdiyi 39 oyunda 20 qələbə qazanıb, 10 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Komanda Super Liqada mövsümü 4-cü pillədə başa vurub və Konfrans Liqasında iştirak hüququ qazanıb.

Sərgən Yalçın məşqçilik karyerasına “Beşiktaş”ın gənclərdən ibarət komandasında başlayıb. Daha sonra o, “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor” və “Yeni Malatyaspor” kimi komandalara rəhbərlik edib. 2020-ci ilin yanvarında “Beşiktaş”ın baş məşqçisi təyin olunmuş Sərgən, 2020/2021 mövsümündə bu komanda ilə həm Türkiyə çempionu olub, həm də ölkə kubokunu qazanıb. Lakin bu uğurlardan sonra o, 2021-ci ilin dekabrında istefa verib. “Beşiktaş”dan ayrılandan sonra türkiyəli mütəxəssis “Antalyaspor”u da çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
12
6
arena.az

10Источники