RU

Xurma ixracında azalma qeydə alınıb

ain.az, Marja.az saytına istinadən bildirir.

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 40 min 527 ton xurma ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 45 min 835 ton olmuşdu. Beləliklə, xurma ixracının həcmi 5 min 308  ton və ya 11,6% azalıb.

Bu barədə Marja.az Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir.

Xurma ixracından əldə olunan gəlir də aşağı düşüb. 2026-cı ilin ilk 4 ayında xurma ixracının statistik dəyəri 32 milyon 99 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 32 milyon 946 min dollar idi.

Nəticədə, xurma ixracından gəlir 847 min dollar və ya 2,6% azalıb.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
1
marja.az

2Источники