RU

Müharibə nəticəsində Ukraynada infrastruktur itkiləri 195 milyard dolları ötüb - Oleksiy Kuleba

Müharibə nəticəsində Ukraynada infrastruktur itkiləri 195 milyard dolları ötüb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

O qeyd edib ki, Ukrayna artıq dörd ildən çoxdur davam edən genişmiqyaslı müharibə şəraitində forumda iştirak edir.

"Bu müharibədə biz mənzil fondunu, sənaye aktivlərini, enerji güclərini və insan kapitalını itiririk. Son qiymətləndirmələrə əsasən, yalnız mənzil sektoruna dəyən zərər 60 milyard dollardan artıqdır.

Ukraynalı rəsmi qeyd edib ki, ölkəsi müharibə şəraitində şəhərlərin dayanıqlılığı üçün yeni model formalaşdırır.

Onun sözlərinə görə, Ukraynada əhalinin 70 faizindən çoxu müharibəyə baxmayaraq şəhərlərdə və urbanizasiya olunmuş ərazilərdə yaşayır.

"Biz şəhərsalma, infrastruktur və ictimai məkanlara yanaşmamızı yenidən düşünürük. Müasir şəhər anlayışı artıq təhlükəsizlik, enerji müstəqilliyi, sığınacaqların yaradılması və böhran şəraitində fasiləsiz fəaliyyət göstərə bilmək qabiliyyəti ilə ölçülür".

O vurğulayıb ki, Ukrayna şəhərlərin bərpası prosesində Avropa Bauhaus prinsiplərini - dayanıqlılıq və inklüzivliyi tətbiq edir.

"Bu gün Ukrayna sadəcə bərpa olunan ölkə deyil, XXI əsrdə şəhərlərin dayanıqlılığı üçün yeni qlobal model formalaşdıran ölkədir".

O, çıxışının sonunda qeyd edib ki, Ukrayna və Azərbaycan dayanıqlığın dəyərini, həmçinin güclü infrastruktur və enerji təhlükəsizliyinin əhəmiyyətini yaxşı anlayır.

Избранный
30
1
day.az

2Источники