RU

Məktəbli qızı döyən yeniyetmə imtahanı polis nəzarəti altında VERƏCƏK – VİDEO

Sverdlovsk vilayətində sinif yoldaşının qabırğalarını sındıran doqquzuncu sinif şagirdi imtahanı konvoy altında verəcək.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiyanın Nijniye Serqi şəhərindəki məktəbdə iki il əvvəl dəhşətli hadisə baş verib. Doqquzuncu sinif şagirdi sinif yoldaşı olan qızı fasilə zamanı qaçaraq sinəsindən ayağı ilə vurub.

Qabırğaları sındırılan və ciddi bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib. Məlum olub ki, həmin şagird uzun müddətdir ki, sinif yoldaşını incidib və döyür.

Ötən ilin payızında məhkəmə onu iki il sınaq müddəti olmaqla, bir il səkkiz ay şərti həbs cəzasına məhkum edib və ev təhsilinə keçirib.

Bu il isə şərti cəzanın real həbslə əvəz olunması məsələsinə baxılacaq.

Qanun pozucusu bu il əsas dövlət imtahanını verməlidir. Məhkəmə prosesi hələ başa çatmadığı üçün o, imtahana polis və Federal Penitensiar Xidmət (FSİN) əməkdaşlarının nəzarəti altında gətiriləcək.

Maraqlısı odur ki, o, testləri öz sinif yoldaşları ilə birgə verəcək – həmin sinifdə onun vaxtilə döydüyü qız da var.

“Gənc zorakı” təhsilini onuncu sinifdə davam etdirmək niyyətində deyil və ən azı həmin məktəbə qayıtmağı planlaşdırmır.

Hadisə məktəblərdə zorakılıqla mübarizə və təhlükəsizlik qaydalarının yenidən nəzərdən keçirilməsi zərurətini bir daha gündəmə gətirib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
25
interpress.az

1Источники