RU

Macərası cəmi 4 ay davam etdi: “Ayntraxt” Riera ilə yollarını ayırdı

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bundesliqanın son həftəsində öz meydanında “Ştutqart”la 2:2 hesablı heç-heçədən sonra mövsümü Avropa seçmə zonasından aşağıda başa vuran "Ayntraxt Frankfurt" fevral ayında təyin olunmuş Albert Riera ilə yollarını ayırıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, klub baş məşqçi Albert Riera, köməkçi məşqçilər Pablo Remon Arteta və Lorenzo Dolçetti ilə birlikdə müqavilələrini dərhal ləğv etmək barədə qarşılıqlı razılığa gəldiklərini açıqlayıb. Klub rəhbərliyi hər üç şəxsə gələcək karyeralarında və şəxsi həyatlarında uğurlar arzulayıb. 

Böyük ümidlərlə transfer edilən 44 yaşlı Albert Rieranın Frankfurt karyerası cəmi 4 ay davam edib. Bu qısa müddət ərzində ispan məşqçi komandanı 14 rəsmi oyuna çıxarıb və oyun başına orta hesabla 1,21 xal toplayaraq gözləntiləri doğruldub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
lent.az

1Источники