
Siqareti tərgitmək istəyən insanlar üzərində aparılan yeni araşdırma göstərib ki, xoş qoxular hiss etmək siqaret çəkmək istəyini əhəmiyyətli dərəcədə azalda bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Journal of Abnormal Psychology” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Araşdırmada 18-55 yaş arası 232 siqaret çəkən şəxs iştirak edib. İştirakçılardan təcrübədən səkkiz saat əvvəl siqaret çəkməmələri istənilib. Təcrübə zamanı iştirakçılar siqareti yandırıb bir neçə saniyə əllərində saxladıqdan sonra onu söndürüblər. Daha sonra isə onlara müxtəlif qoxular iylədilib və siqaret istəyinin necə dəyişdiyi müşahidə olunub.
Nəticələr göstərib ki, bütün iştirakçılarda siqaret istəyi müəyyən qədər azalsa da, xoş qoxular hiss edən şəxslərdə bu azalma daha güclü olub. Xüsusilə nanə, vanil və meyvə qoxularının siqaret istəyini daha effektiv şəkildə zəiflətdiyi müəyyən edilib.