RU

Xoş qoxular siqaret asılılığını zəiflədə bilər

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Siqareti tərgitmək istəyən insanlar üzərində aparılan yeni araşdırma göstərib ki, xoş qoxular hiss etmək siqaret çəkmək istəyini əhəmiyyətli dərəcədə azalda bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Journal of Abnormal Psychology” jurnalında dərc olunan araşdırmada qeyd olunub.

Araşdırmada 18-55 yaş arası 232 siqaret çəkən şəxs iştirak edib. İştirakçılardan təcrübədən səkkiz saat əvvəl siqaret çəkməmələri istənilib. Təcrübə zamanı iştirakçılar siqareti yandırıb bir neçə saniyə əllərində saxladıqdan sonra onu söndürüblər. Daha sonra isə onlara müxtəlif qoxular iylədilib və siqaret istəyinin necə dəyişdiyi müşahidə olunub.

Nəticələr göstərib ki, bütün iştirakçılarda siqaret istəyi müəyyən qədər azalsa da, xoş qoxular hiss edən şəxslərdə bu azalma daha güclü olub. Xüsusilə nanə, vanil və meyvə qoxularının siqaret istəyini daha effektiv şəkildə zəiflətdiyi müəyyən edilib.

Tədqiqatın aparıcı müəllifi Maykl Sayett bildirib ki, xoş qoxular insanın diqqətini siqaret istəyindən yayındıraraq müsbət xatirələri yada sala bilər. Onun sözlərinə görə, bu üsul siqareti tərgitmək istəyən insanlar üçün əlavə dəstək vasitəsi kimi faydalı ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
yeniavaz.com

2Источники