Bu gün Bakıda motosikletlərin səsindən adamlar təngə gəliblər. Çünki bu səs o qədər bərkdən çıxır ki, az qala adamın qulağı tutula. Bu isə birmənalı olaraq qanun pozuntusu hesab olunur .
Belə faktların mövcudluğu heç kimə sirr deyil. Əsas məsələ odur ki, bu cür qanunu pozan sürücülər motosikletlərin mühərrik hissəsində dəyişiklik edir, səsboğucunu sıxdır və bunun nəticəsində ondan möhkəm səslər çıxır. Hansı ki, həmin nəqliyyat vasitələrinin müyyən hissəsində konstruksiya dəyişikliyi aparılması üçün aidiyyəti qurumdan icazə alınmalıdır. Əgər bu razılıq yoxsa, deməli bu, qanun pozuntusudur.
Mövcud qanunla belə dəyişikliyə yol verən motosiklet sürücüləri 500 manat civarında cərimə olana bilərlər. Üstəlik də bu fakt yol polisi tərəfindən aşkarlansa, konstruksiyasında dəyişiklik edilmiş motosklet cərimə meydançasına qoyulur. Ona görə də, belə sürücülər məsuliyyətli olmalı, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etməməli, insanların narahatlığına səbəb olmamalıdırlar!!!
Emil FAİQOĞLU