RU

ABŞ Rusiya neftinə qarşı sanksiyaları daha bir ay müddətinə yumşaldacaq

Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“ABŞ Maliyyə Nazirliyi dəniz yolu ilə daşınan Rusiya nefti üçün sanksiyalardan güzəşt müddətini daha 30 gün uzatmaq qərarına gəlib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, bu daşınmalara icazə verən əvvəlki lisenziyanın müddəti mayın 16-sı başa çatıb.

ABŞ Maliyyə Nazirliyinin qərarı hələ rəsmi olaraq açıqlanmayıb.

Vaşinqton ABŞ-İsrail müharibəsinin yaratdığı yanacaq böhranı fonunda Rusiya neftinə qarşı sanksiyaları yumşaldıb. ABŞ ilk dəfə 13 martda üçüncü ölkələrin tankerlərdə Rusiya nefti almasına icazə verib. Bu, güzəştin ikinci dəfə uzadılmasıdır və bu dəfə bir az gecikmə ilə.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
68
yeniavaz.com

1Источники