RU

“Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu

style='margin-bottom:10px;'>

Bu gün Yüksək Liqada 2025-2026-cı illər mövsümünün sonuncu oyunu keçirilib. 

QOL.az xəbər verir ki, lder “Neftçi” ən yaxın izləyicisi “Araz-Naxçıvan”la üz-üzə gəlib. Qarşılaşmadan 5:2 hesabı ilə qalib ayrılan “Araz-Naxçıvan” 20-ci dəfə Azərbaycan çempionu olub.

18 may (bazar ertəsi)

19:00. Neftçi İK – Araz-Naxçıvan - 2:5
Qollar:
Markus Vinicius, 6:26, Jean Peruzzo, 17:28 (ö/q) // Luiggi Longo, 18:29, 37:21, Teixeira Barbosa, 22:26, Alleks Rezende, 27:43, Peruzzo, 32:41
Qırmızı vərəqə: Lukas Ramos, 37:56 ("Neftçi" İK, ikinci sarı)

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə oyunun hakimlərinə və hakim-inspektora diplomlar, mövsümün ən məhsuldar oyunçusu Allef Maiolliyə ("Neftçi" İK, 37 qol) isə xatirə hədiyyəsi təqdim olunub. 

Daha sonra meydana mükafatçı komandalar dəvət olunub. “Baku Fire”ə bürünc, “Neftçi”yə gümüş, “Araz-Naxçıvan”a qızıl və çempionluq kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim ediblər.  

Избранный
41
1
teleqraf.com

7Источники