ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Artıq nəzarət 60 faizdir. Bu, bu günə olan vəziyyətdir"
“İsrail qüvvələri Qəzza zolağının yarısından çoxuna nəzarət edir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, b u sözləri İsrailin Baş naziri Benyamin Netanyahu kabinet iclasında deyib.
"Artıq nəzarət 60 faizdir. Bu, bu günə olan vəziyyətdir", - Baş nazir bildirib.
İclasda iştirak edən müdafiə naziri İsrael Katz bildirib: "Bəlkə də bu, son bir saatda dəyişib".
60 faiz qiymətləndirmə həm İsrailin tam hərbi nəzarəti altında olan əraziləri, həm də İsrail Müdafiə Qüvvələrinin (İMQ) bölmələrinin döyüş əməliyyatları apardığı zonaları əhatə edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.