RU

Pakistanın vasitəçiliyi də keçmədi - ABŞ və İran arasında gərginlik artır

Dünya

22:22 

Oxunma sayı: 2

 

ABŞ rəsmi Tehranın müharibəni dayandırmaqla bağlı Pakistandan göndərdiyi yeni təkliflər paketini geri çevirib.

Bakıvaxtı.az “Axios” portalına istinadən xəbər verir ki, Ağ Ev layihəni gələcək razılaşmalar üçün qeyri-məqbul və yetərsiz hesab edib.

ABŞ rəsmilərinin fikrincə, İslam Respublikasının təqdim etdiyi 14 bəndlik yeni sənəd əvvəlki variantlardan əhəmiyyətli dərəcədə fərqlənmir və heç bir ciddi təkmilləşdirməni ehtiva etmir.

Mənbələr iddia edir ki, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatları diplomatik yolla sonlandırmaq istəsə də, Tehranın güzəştsiz mövqeyi fonunda hücumları yenidən bərpa etməyə meyllidir. İran tərəfinin Ağ Evin tələblərini rədd etməsi və xüsusilə nüvə proqramı üzrə geri addım atmaması Vaşinqtonu hərəkətə gətirib. Belə ki, Amerika liderinin sabah hərbi əməliyyat variantlarını müzakirə etmək üçün təhlükəsizlik məsələləri üzrə xüsusi müşavirə keçirəcəyi gözlənilir.

Rəsmi Tehran isə prinsipial mövqeyindən dönmək niyyətində deyil. İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, ölkəsi münaqişənin nizamlanması prosesində öz tələblərindən heç bir halda geri çəkilməyəcək./Qafqazinfo

Избранный
18
1
bakivaxti.az

2Источники