RU

Sumqayıtda evdə meyit aşkarlanıb

SUMQAYIT, 18 may. TELEQRAF

Sumqayıtda evdə meyit aşkarlanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

1985-ci il təvəllüdlü Məmmədov Elşən Oruc oğlunun meyiti yaşadığı evdə aşkar edilib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Meyitə baxış keçirilib və aidiyyəti üzrə araşdırmalara başlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Избранный
22
2
teleqraf.com

3Источники