RU

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub

SUMQAYIT, 18 may. TELEQRAF

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə 12-ci mikrorayon ərazisində yerləşən binalardan birində baş verib.

Ərazi sakinlərinin sözlərinə görə, mənzillərdən birindən tüstü qalxmağa başlayıb, daha sonra alov genişlənib.

Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
15
2
teleqraf.com

3Источники