RU

Ucarda piyadanın ölümü ilə nəticələnən qəza baş verdi

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistralının rayonun Qaradağlı kəndindən keçən hissəsində baş verib.

Naməlum avtomobil yolu keçmək istəyən piyada – Qaradağlı kənd sakini, 1979-cu il təvəllüdlü Seymur Vaqif oğlu Səmədovu vurub.

Ağır xəsarətlər alan S.Səmədov hadisə yerində həyatını itirib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.Zahid Abışov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
lent.az

1Источники