RU

Marko Yankoviçin yeni mövsümə harada başlayacağı dəqiqləşdi

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçin yeni mövsümə harada başlayacağı dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, monteneqrolu legioner Ağdam təmsilçisində qalacaq.

Onun "Olimpiakos"a transfer olunmaq variantı artıq mövcud deyil və Yunanıstan nəhəngi hazırda Azərbaycan təmsilçisi ilə danışıq aparmır. Yanvardan bəri hər hansı başqa klub da Yankoviçi transfer etmək üçün "köhlənlər"ə rəsmi təklif göndərməyib.

Cari mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 43 matça çıxan 30 yaşlı futbolçu 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Yankoviçin bölgə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 800 min avro ilə dəyərləndirir.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
fanat.az

2Источники