RU

Tramp İrana planlaşdırılan hücumu təxirə salıb

ABŞ prezidenti ərəb liderlərinin müraciətindən sonra Vaşinqtonun İrana qarşı nəzərdə tutulan hərbi əməliyyatını dayandırdığını açıqlayıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı sabaha planlaşdırılan hərbi hücumun ərəb ölkələri liderlərinin xahişi ilə təxirə salındığını bəyan edib.

Tramp bildirib ki, Tamim bin Hamad Al Thani, Səudiyyə Ərəbistanının vəliəhdi Mohammed bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Mohamed bin Zayed Al Nahyan ona müraciət edərək İrana qarşı planlaşdırılan hücumun təxirə salınmasını istəyiblər.

ABŞ prezidentinin sözlərinə görə, hazırda tərəflər arasında ciddi danışıqlar aparılır və ərəb liderləri mümkün razılaşmanın həm ABŞ, həm Yaxın Şərq ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün məqbul nəticələr verəcəyinə inanırlar.

Tramp vurğulayıb ki, mümkün razılaşmanın əsas şərtlərindən biri İranın nüvə silahı əldə etməsinin qarşısının alınması olacaq. O qeyd edib ki, Vaşinqton Tehran tərəfindən nüvə silahının hazırlanmasını qəbuledilməz hesab edir.

ABŞ prezidenti açıqlamasında bildirib ki, müdafiə naziri Pete Hegsethə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Caineə və ABŞ Silahlı Qüvvələrinə planlaşdırılan hücumun həyata keçirilməməsi barədə göstəriş verib.

Bununla yanaşı, Tramp ordunun tammiqyaslı əməliyyata hər an hazır vəziyyətdə saxlanılmasını tapşırdığını da qeyd edib. O bildirib ki, əgər tərəflər arasında Vaşinqtonu qane edəcək razılaşma əldə olunmasa, ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlaya bilər.

Ekspertlər hesab edirlər ki, Trampın açıqlaması Yaxın Şərqdə gərginliyin müvəqqəti azalmasına səbəb olsa da, regionda hərbi və diplomatik risklər hələ də yüksək olaraq qalır. Analitiklərin fikrincə, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin vasitəçilik təşəbbüsü bölgədə mümkün genişmiqyaslı müharibənin qarşısını almağa yönəlib.

Poliqon.info

Избранный
27
34
poliqon.info

10Источники