RU

Pezeşkian: ABŞ ilə dialoq təslim olmaq demək deyil...

İran prezidenti Tehranın hüquqlarından geri çəkilməyəcəyini və danışıqların kapitulyasiya anlamı daşımadığını bildirib...

Poliqon xəbər verir ki, İran prezidenti Masoud Pezeshkian ABŞ ilə mümkün dialoqun ölkəsinin mövqelərindən geri çəkilmək və ya təslim olmaq anlamına gəlmədiyini bəyan edib.

Pezeşkian “X” sosial şəbəkəsində paylaşımında qeyd edib ki, İran İslam Respublikası öz xalqının qanuni hüquqlarından heç bir halda imtina etməyəcək və dövlət maraqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək.

“Dialoq təslim olmaq demək deyil. İran İslam Respublikası heç bir halda xalqın və ölkənin qanuni hüquqlarından geri çəkilməyəcək. Biz xalqımıza xidmət edəcəyik və İranın maraqlarını və ləyaqətini bütün gücümüzlə qoruyacağıq,” – deyə İran prezidenti vurğulayıb.

Rəsmi Tehranın bu açıqlaması ABŞ ilə gərgin münasibətlərin davam etdiyi bir dövrdə səsləndirilib. Siyasi müşahidəçilərin fikrincə, tərəflər arasında diplomatik kanalların açıq saxlanılmasına baxmayaraq, əsas mövzularda ciddi fikir ayrılıqları qalmaqdadır.

Analitiklər hesab edirlər ki, İran rəhbərliyinin bu tip bəyanatları daxili siyasi auditoriyaya mesaj verməklə yanaşı, beynəlxalq ictimaiyyətə də Tehranın mövqeyində dəyişiklik olmadığını nümayiş etdirməyə yönəlib.

Poliqon.info

Избранный
24
poliqon.info

1Источники