
“Dialoq təslim olmaq demək deyil”.
Missiya.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, İran İslam Respublikası ləyaqətlə, səlahiyyətlə və millətin hüquqlarının qorunması ilə dialoqa müdaxilə edir, xalqın və ölkənin qanuni hüquqlarından heç bir halda geri çəkilməyəcək.
“Biz xalqın xidmətində olacağıq və İranın maraqların, ləyaqətini məntiq və bütün gücümüzlə son nəfəsimizə qədər qoruyacağıq", - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az