RU

Hindistanın “Adani Enterprises” şirkəti İrana görə ABŞ-a 275 milyon dollar ödəyəcək

Hindistanın “Adani Enterprises” şirkəti İrana qarşı ABŞ sanksiyalarını pozduğu iddiası ilə Vaşinqtona 275 milyon dollar ödəyəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Məlumata görə, şirkət 2023–2025-ci illərdə Dubayda fəaliyyət göstərən treyder vasitəsilə İran mənşəli mayeləşdirilmiş qaz alıb və onu Oman və İraq mənşəli məhsul kimi təqdim edib.

ABŞ tərəfi bildirib ki, bu əməliyyatlar zamanı Amerika maliyyə institutları vasitəsilə ümumilikdə 192 milyon dollardan çox ödəniş həyata keçirilib.

“Adani Enterprises” Hindistanın ən böyük sənaye qruplarından biri olan “Adani Group”un əsas şirkətidir.

Избранный
59
apa.az

1Источники