RU

Rusiyadan gələn təhlükə Almaniyanı ayağa qaldırdı – bunkerlər yoxlanılır

Almaniyada potensial Rusiya ilə müharibə ssenarisi fonunda mülki müdafiə sisteminin gücləndirilməsi üçün iri proqram hazırlanır.

Musavat.com xəbər verir ki, Bild nəşrinin yaydığı məlumata görə, Almaniya hökuməti bu məqsədlə 10 milyard avro vəsait ayırmağı planlaşdırır.

Məlumata əsasən, proqram çərçivəsində 1000 əlavə xüsusi təyinatlı nəqliyyat vasitəsinin alınması, qoruyucu binaların gücləndirilməsi və 110 min nəfərlik mobil düşərgənin yaradılması nəzərdə tutulur.

Bundan başqa, Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt ölkə üzrə ictimai sığınacaqların geniş auditinin aparılmasını istəyir. Auditə bunkerlər, tunellər və yeraltı avtomobil dayanacaqları daxil ediləcək.

Bildirilir ki, Berlin mümkün fövqəladə vəziyyət və hərbi risklərə qarşı mülki müdafiə imkanlarını artırmağa çalışır.

Musavat.com

Избранный
91
1
musavat.com

2Источники