RU

Tramp: İrana böyük hücum etməyə hazırlaşırdıq

Vaşinqton, 19 may, AZƏRTAC

İrana çox böyük bir hücum etməyə hazırlaşırdıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, planlaşdırılan hücum bir müddətlik, bəlkə də tamamilə təxirə salınıb.

“Əlbəttə ki, İranla çox ciddi müzakirələr aparırıq. Hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələr məndən qısa müddətlik təxirə salmağı xahiş etdilər. Çünki onlar razılaşmaya çox yaxın olduqlarını düşünürlər.

Əgər İranın nüvə silahı əldə etməsinin qarşısını razılaşma yolu ilə ala bilsək, bu bizi qane edər. Son günlər razılaşmaya yaxınlaşdığımızı düşünürdük. Bu baş tutmadı, amma bu dəfə vəziyyət bir qədər fərqlidir. İndi, artıq çox böyük bir yola qədəm qoyuruq”, – deyə Tramp vurğulayıb.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Избранный
61
2
azertag.az

3Источники