RU

Somnoloq yuxunu qaçıran 4 vərdişi açıqladı

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Gecə yarı oyanmağınızın səbəbi sağlamlıq probleminiz yox, gündəlik vərdişləriniz ola bilər. Somnoloq Aleksandr Kazaçenko yuxunu qaçıran dörd əsas amili açıqlayıb.Demokrat.az xəbər verir ki, həkimin fikrincə, ilk yerdə yatmazdan əvvəl telefona baxmaq durur. Ekrandan yayılan mavi işıq yuxu hormonu olan melatonin ifrazını ləngidir və beyni aktiv iş rejimində saxlayır.Bu isə dərin yuxuya getməyi çətinləşdirir.Stress və yüksək həyəcan da bədənin istirahətə keçməsinə mane olur. Gün ərzində yaşanan gərginlik gecə yarısı qəfil oyanmalara gətirib çıxarır. Digər tərəfdən, hər gün müxtəlif vaxtlarda yatmaq bioloji ritmləri tamamilə alt-üst edir. Bu, sadəcə yorğunluq deyil, həm də yaddaş və diqqət problemlərinə yol açan sistemli tükənmə ilə nəticələnir.Yemək vərdişləri də yuxu keyfiyyətinə birbaşa təsir edir. Axşam saatlarında qəbul edilən ağır yeməklər, kofe və spirtli içkilər orqanizmi yükləyir. Mütəxəssis yatmazdan ən azı üç saat əvvəl yüngül qidalar qəbul etməyi məsləhət görür.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
67
demokrat.az

1Источники