RU

Ukrayna Prezident Administrasiyasının sabiq rəhbəri azadlığa buraxıldı -TƏXMİNƏN 3,1 MİLYON DOLLAR GİROV MÜQABİLİNDƏ

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak azadlığa buraxılıb.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

 

Xatırladaq ki, ölkənin Ali Antikorrupsiya Məhkəməsi tərəfindən A.Yermakın azadlığa buraxılması üçün 140 milyon qrivna (təxminən 3,1 milyon dollar) məbləğində girov müəyyənləşdirilmişdi. Məhkəmədən bildirilib ki, bu gün girov qoyulub və Yermak azadlığa buraxılıb.

 

Qeyd edək ki, Andrey Yermak mayın 14-dən istintaq təcridxanasında idi. O, Kiyev yaxınlığında elit tikinti zamanı çirkli pulların yuyulması işində təqsirli bilinir və məhkəmə tərəfindən 60 gün müddətinə həbs olunmuşdu.

 

İstintaq təcridxanasından buraxılan Yermak bundan sonra hər bir tələb üzrə müstəntiqə müraciət etməli, yaşayış yerinin və ya iş yerinin dəyişdirilməsi barədə məlumat verməli, Kiyevdən ayrılmamalı, pasportlarını təhvil verməli, şübhəli və şahidlərlə ünsiyyətdən çəkinməli, eyni zamanda, elektron qolbaq taxmalıdır.


Избранный
4
5
senzor.az

9Источники