RU

"SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb

"SpaceX"in

ABŞ-ın Texas ştatında yerləşən “SpaceX” şirkətinin bazasında istehsalat qəzası nəticəsində bir nəfər ölüb.

Bu barədə “The Wall Street Journal” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü “SpaceX”in “Starbase” kompleksinin genişləndirilməsi üzərində çalışan podratçı şirkətin əməkdaşının hündürlükdən yıxılması nəticəsində baş verib.

Qeyd olunub ki, son illərdə “SpaceX” “Starship” kosmik gəmisinin daha tez-tez buraxılması üçün bazanın infrastrukturunun genişləndirilməsi işlərini sürətləndirib.

“Starship”in növbəti sınaq uçuşunun mayın 20-nə planlaşdırıldığı bildirilib. Şirkətin planına əsasən, bu kosmik sistem gələcəkdə Yer orbitinə pilotlu uçuşlar, peyklərin buraxılması, Ay və Mars missiyaları, eləcə də daha uzaq kosmik obyektlərə səfərlər üçün istifadə olunacaq.

Избранный
1
2
xalqcebhesi.az

3Источники