RU

Əfsanəvi futbolçu "Real"dan ayrılır

“Real Madrid” uzun illər komandanın əsas simalarından biri olan Daniel Karvaxalla vidalaşmağa hazırlaşır. Madrid klubu təcrübəli müdafiəçinin ayrılığı ilə bağlı rəsmi açıqlama yayıb. Metbuat.az xəbər verir ki, “kral klubu”nun yaydığı bəyanatda futbolçuya gələcək karyerasında uğurlar arzulanıb. Klub rəhbərliyi Karvaxalın illər ərzində komandaya göstərdiyi xidmətləri yüksək qiymətləndirib.Qeyd edək ki, 34 yaşlı sağ cinah müdafiəçisi “Real Madrid” akademiyasının yetirməsidir. O, 2013-cü ildən əsas komandada çıxış edərək uzun illər ərzində kollektivin dəyişməz oyunçularından birinə çevrilib. Hazırda komandanın kapitanı olan futbolçu bu mövsüm bütün turnirlərdə 22 matçda meydana çıxıb.

Daniel Karvaxal Madrid təmsilçisinin heyətində ümumilikdə 450 oyunda iştirak edib və 14 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.

Избранный
18
metbuat.az

1Источники