RU

Yeni sərmayə, iqtisadi dividentlər... - WUF13 Azərbaycana daha nələr qazandıra bilər?

Bakıda keçirilən BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) yalnız urbanizasiya və şəhərsalma sahəsində deyil, həm də iqtisadi və investisiya baxımından Azərbaycanın imkanlarının təqdimatı üçün mühüm platforma hesab olunur. Dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin iştirak etdiyi forum beynəlxalq miqyasına görə ilin ən böyük tədbirlərindən sayılır.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirdi ki, WUF13 iştirakçı sayına görə dünyanın ən böyük beynəlxalq forumlarından biridir.

Onun sözlərinə görə, Forumun Azərbaycanda keçirilməsi kifayət qədər vacib hadisələrdən biridir: "Ümumdünya Urban Forumu iştirakçılıq səviyyəsinə görə dünyada ən böyük forumlardan hesab olunur. Burada 40 minə qədər xarici qonaq iştirak edir. Ona görə də iştirakçılıq baxımından kifayət qədər böyük və ciddi forumdur”.

Qeyd edək ki, WUF13 çərçivəsində dayanıqlı şəhərsalma, “ağıllı şəhər” modelləri, yaşıl enerji, nəqliyyat infrastrukturu və urbanizasiya məsələləri geniş şəkildə müzakirə olunur. Forum Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfədir keçirilir.

Deputatın sözlərinə görə, tədbir Azərbaycanın müasir infrastruktur imkanlarının beynəlxalq ictimaiyyətə təqdimatı baxımından da xüsusi əhəmiyyət daşıyır: “Bu forum həm Bakının infrastrukturunun, həm də Azərbaycanın bu sahədə tətbiq etdiyi yeni modellərin təqdimatı baxımından vacibdir. Baxmayaraq ki, tədbirlərin əsas keçiriləcəyi məkan paytaxt Bakıdır, amma eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yeni şəhərsalma modellərinin də WUF13 vasitəsilə təqdimatı həyata keçiriləcək”.

Избранный
22
20
publika.az

10Источники