RU

İdris Bitlisin Səfəvi düşmənçiliyi və qətl etdiyi günahsız insanlar- Bir məktubun izi ilə -FOTO

FB-da dostlarım mənə "İdris-i Bitlisinin 1515-ci ildə Sultan Səlimə göndərdiyi məktubda Diyarbəkirin Qızılbaş türkmənlərdən təmizlənməsi, sürgün edilməsi və onların yerinə kürdlərin yerləşdirilməsini tələb edir" adlı bir məktub göndərib və cavab verməyimi istəyirlər.
Gəlin bu suala mövzu barədə ciddi araşdırma etmiş alimlərdən biri olan məşhur avstriyalı şərqşünas və tarixçi Cozef fon Hammer-Purqştaldın “Osmanlı İmperiyası Tarixi” kitabı ilə cavab verək. Kitabın PDF variantını oxumaq üçün
Eyni zamanda ABŞ-nin ən nüfuzlu universitetlərindən biri olan Yale Universitetində Tarix və Dini Araşdırmalar kafedrasında professor olan və Şərq ölkələri tarixi üzrə ixtisaslaşmış neytral, qərb akademik dairələrində qəbul edilən alimin “Osmanlı-Səfəvi Münaqişəsinin Mənşəyi və İnkişafı” kitabını da mənbə kimi əlavə edək
Kitabın PDF variantını oxumaq üçün
Bu kitablar Səfəvi-Osmanlı münasibətlərini və xüsusilə I Sultan Səlim dövrünü araşdırarkən Qızılbaşların qətliamında və kürdlərin regiona köçürülməsində İdris Bitlisinin rolu barədə mühüm faktlara toxunur.
Kitablardan məktubla bağlı sitatları sizlərə təqdim edirəm:
"Səlim, qızılbaşları lənətləyən və onlara qarşı təqibləri qanuniləşdirən iki nüfuzlu ilahiyyatçının – Həmzə Saru Görəz və Kamal Paşazadənin fətvalarını əlində əsas tutaraq bəyan etdi ki, Şah İsmayılın ardıcıllarının məhv edilməsi hər bir müsəlmanın fərzidir."
Müəllif fətvanın "qızılbaş kişilərinin öldürülməsi, mülklərinin, qadın və uşaqlarının isə ordu arasında bölüşdürülməsi" barədə əmr verdiyini qeyd edir. Kitablarda bir cümləyə diqqətlə fikir verin:
"Əsir götürüldükləri təqdirdə onların tövbəsi qəbul edilməməli və hər bir halda öldürülməlidirlər."
O, Sultan Səlimin Anadoluda çıxardığı qərarı təsvir edərkən yazır:
"Sultanın əmri qəti idi: qızılbaşlığın kökü tamamilə kəsilməli idi. Beşikdəki uşaqdan tutmuş, qocalara qədər bu məzhəbə mənsub olanların canı və malı halal edildi, çünki dövlətin bütövlüyü bu mərəzin tamamilə yox edilməsini tələb edirdi."
İdris, Sultan Səlimə yazdığı məktublarda Qızılbaşların kökünün kəsilməsini, onlara aman verilməməsini tələb edirdi. O, bunu dini bir vəzifə kimi təqdim edirdi.
Osmanlı mənbələrinə (İbn Kamal və İdris Bitlisinin özünə) istinadən qeyd edilir ki, Şah İsmayıla rəğbət bəsləyən, üsyana meyilli olan 40 min Qızılbaş edam edilmiş, həbs olunmuş və ya sürgün edilmişdir.
Bəs İdris Bitlisi niyə Qızılbaşlara qarşı idi?
Onun atası Şeyx Hüsaməddin uzun illər Ağqoyunlu dövlətinin sarayında böyük hörmət görmüşdü. İdris özü də gənclik və yetkinlik illərində Ağqoyunlu sultanları Yaqub bəy və Əlvənd mirzənin sarayında divan katibi, möhürdar və nişançı kimi ən yüksək vəzifələrdə çalışmışdı.
Şah İsmayıl 1501-ci ildə Ağqoyunlu dövlətinə son qoyub Təbrizə girəndə, İdris Bitlisi Məkkəyə qaçdı, daha sonra Səfəvi əleyhdarı olduğunu bilərək Osmanlıya sığındı.
Onun nəzərində qızılbaşları öldürmək, xristianlara qarşı savaşmaqdan, cihaddan daha savab idi, radikal məzhəb təəssübkeşliyi və Şərqi Anadoluda kürd feodallarının hakimiyyətini qorumaq üçün şiəliyi rəsmən düşmən etmiş idi.
Hammer yazır:
"İdris, itirdiyi Ağqoyunlu imtiyazlarını geri qaytarmaq üçün Səfəvilərə qarşı nifrət bəsləyirdi. O, bu nifrətini Osmanlı xidmətində qızılbaşlara qarşı apardığı mübarizədə açıq şəkildə göstərirdi."
Hər iki müəllif təsdiq edərək yazır:
“O, yazdığı məktublarda kəsilən başlardan ucaldılan kəllə qüllələrini bir qorxu və eyni zamanda Osmanlı hərbi qüdrətinin, "ədalətinin" təntənəsi kimi qələmə verir. Meydanların qanla dolmasını, qırmızı papaq geyinən Qızılbaşların leşlərinin çöllərə səpələnməsini "çöllərin qırmızı laləzarə çevrilməsi" kimi təqdim edir.
PS. Son olaraq yazım ki, bu gün Yavuza rəhmət oxuyanların əllərində 7 yaşından 70 yaşına qədər olan minlərlə dinc sakin Azərbaycan türkünün qanı var – bu tarixi faktdır. Əksər iddia edir ki, Şah, qulu üsyanına Şah dəstək verib. Xeyir, əslində Şah İsmayıl üsyan başçılarını edam etdirdi, çünki Onun özü, üsyana qarşı idi və razılıq verməmişdi, ikinic idə Şah başa düşürdü ki, bu üsyan Osmanlı ilə münasibətləri pisləşdirdi. Şahqulu üsyanı şiələrin yox, sufilərin üsyanı idi və Şah buna qarşı idi.
Babası Həsən Padşahın vəsiyyətinə uyğun olaraq Osmanlı Türklərilə savaşmaq istəmirdi. İdris Bitlisinin nifrətinin sayəsində Səfəvi dövləti yox, bütün Türk və İslam dünyası itirdi, və Anadolu və Osmanlı torpaqlarına kürdlərin kütləvi məskunlaşması baş verdi.
Zaur Əliyev, tarixçi
Избранный
12
news365.az

1Источники